Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin Belediyye.infoya Konstitusiyaya edilən düzəlişlərdə bələdiyyələrində üzərinə müəyyən məsuliyyət yükünün qoyulduğunu zəruriətdən yarandığı bildirib.
Sədrin sözlərinə görə, yerli özünüidarəetməni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarəetmənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarının müəyyənləşdirilməsi, o cümlədən bələdiyyə qulluqçusu statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə qulluğu haqqında” Azərbaycsn Respublikası Qanunlarına əsasən Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir.
Bu istiqamətdə ediləcək dəyişikliyə toxunan sədr qeyd edib ki, Konstitusiyaya əlavə olaraq təklif edilən 146.1 maddə bələdiyyələrdə və bələdiyyə qulluqçularında məsuliyyəti daha da artıracaq, insan hüquqlarının qorunması və onların müraciətlərinə hörmətlə yanaşılmasına, qanuna zidd hərəkətlərə yol verilməməsi və bu kimi hərəkətlərin qarşısının alınmasına qanunla müəyyən edilmiş qaydalarda xidmət edəcəkdir.
Belediyye.info